"Qarabağ"ın keçmiş qapıçısı film çəkdi
Futbol
- 25 mart, 2020
- 07:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın keçmiş qapıçısı Hannes Halldorsson "Leyniloqqa" ("Məxfi işarə") filmi üzərində işi yekunlaşdırıb. "Report"un məlumatına görə, filmdə ölkəsindəki mütəşəkkil cinayətkarlıqla və öz hissləri ilə mübarizə aparan biseksual oriyentasiyalı polisdən bəhs olunur.
Tammetrajlı film çəkmək islandiyalı qolkiperin hədəflərindən biri olub. Çünki aktiv oyunçu kimi onun cəmi 2 gün boş vaxtı olub. Həmin müddəti isə Halldorsson yalnız reklam çəkilişlərinə həsr edə bilib. Daha sonra 36 yaşlı qapıçı məşqlərə qoşulub.
Qeyd edək ki, Hannes Halldorsson "Qarabağ"da 2018/2019 mövsümünün birinci yarısında forma geyinib. Hazırda o, İslandiyada "Valür" klubunda çıxış edir.
Son xəbərlər
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region
20:55
Foto
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
Media