"Qarabağ"ın keçmiş legioneri Polşaya qayıtdı

"Qarabağ"ın keçmiş legioneri Polşaya qayıtdı "Qarabağ"ın sabiq futbolçusu Dani Kintana karyerasını yenidən Polşada davam etdirəcək.
Futbol
887
23 İyun , 2021 17:36
Qarabağın keçmiş legioneri Polşaya qayıtdı

"Qarabağ"ın sabiq futbolçusu Dani Kintana karyerasını yenidən Polşada davam etdirəcək.

"Report" "Przegląd Sportowy" saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi keçmiş klubu "Yagelloniya"ya qayıdıb.

Artıq tərəflər arasında razılıq əldə olunduğu və 34 yaşlı oyunçunun tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacağı bildiirlib. Sözləşmənin müddəti 1 illikdir.

Qeyd edək ki, 2015 - 2020-ci illərdə "Qarabağ"ın formasını geyinən Dani Kintana 2013 - 2015-ci illərdə isə "Yagelloniya"da çıxış edib.

Son xəbərlər

Orphus sistemi