"Qarabağ"ın hücumçusu: ”Çempionlar Liqasında oynamaq təhlükəlidir"

"Qarabağ"ın hücumçusu: ”Çempionlar Liqasında oynamaq təhlükəlidir" “Çelsi”, “Atletiko” və “Roma” kimi komandalarla hər gün oynamırıq"
Futbol
104
28 Avqust , 2017 12:31
Qarabağın hücumçusu: ”Çempionlar Liqasında oynamaq təhlükəlidir

Bakı. 28 avqust. REPORT.AZ/ “Çempionlar Liqasında oynamaq böyük hissdir, lakin yenə də qorxuludur. Çünki biz autsayderik”. 

“Report”un məlumatına görə, bunu “Qarabağ” komandasının futbolçusu Dino Ndlovu Çempionlar Liqasının qrup mərhələsinin püşkünü "kickoff.com" üçün dəyərləndirərkən deyib.

Cənubi Afrika Respublikasından olan 27 yaşlı hücumçu qrup oyunları zamanı potensiallarını göstərməyə çalışacaqlarını söyləyib. O, rəqabətdən çəkinmədiyini vurğulayıb: “Çelsi”, “Atletiko” və “Roma” kimi komandalarla hər gün oynamırıq. Bu, öz potensialımızı göstərmək üçün yaxşı imkan olacaq. Çətin qrupa düşmüşük. Lakin rəqabətə hazırıq”.

D.Ndlovu qrup mərhələsində heç bir hədəflərinin olmadığını deyib. Onun sözlərinə görə, “Qarabağ”ın itiriləsi heç nəyi yoxdur: “Qrup mərhələsində heç bir hədəfimiz yoxdur. ÇL-in qrupunda ilk dəfə çıxış edəcəyik və bu, bizim üçün təcrübədir. İtiriləsi heç nəyimiz yoxdur. Ona görə də təzyiqlə də qarşılaşmırıq”.

Qeyd edək ki, “Qarabağ” ÇL-in qrup mərhələsində ilk oyununu sentyabrın 12-də səfərdə İngiltərə çempionu “Çelsi”yə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi