“Qarabağ”ın hücumçuları Avropanın ən məhsuldar cütlükləri sırasındadırlar

“Qarabağ”ın hücumçuları Avropanın ən məhsuldar cütlükləri sırasındadırlar “Qarabağ”ın futbolçuları Ramil Şeydayev və Musa Qurbanlı 2022/2023 mövsümündə Avropanın ölkə çempionatlarındakı ən məhsuldar üç cütlüyündən biri olub.
Futbol
30 May , 2023 16:25
“Qarabağ”ın hücumçuları Avropanın ən məhsuldar cütlükləri sırasındadırlar

“Qarabağ”ın futbolçuları Ramil Şeydayev və Musa Qurbanlı 2022/2023 mövsümündə Avropanın ölkə çempionatlarındakı ən məhsuldar üç cütlüyündən biri olub.

“Report”un araşdırmasına görə, Azərbaycan millisinin hücumçuları Premyer Liqanın geridə qalan mövsümündə birlikdə 43 qola imza atıblar.

“Köhnə dünya”da cəmi üç klubun iki forvardı daxili birincilikdə 20 qol həddinə çatmağı bacarıb. Şeydayev 22 topla Azərbaycan çempionatının bombardiri olubsa, Qurbanlı ondan cəmi 1 qol geri qalıb.

Belə bir bənzərliyi yalnız Lüksemburq klubu “Hesperange” və Türkiyə təmsilçisi “Fatih Karagümrük”də müşahid etmək olar. “Hesperange”nin iki üzvü birlikdə 62 dəfə rəqib qapılarına yol tapıb. Rayan Fillip 33 qolla bombardir olubsa, ikinci yerdə 29 topla onun komanda yoldaşı Dominik Stolts qərarlaşıb.

“Fatih Karagümrük”ün isə iki əcnəbi oyunçusu hərəyə 20 qolla diqqət çəkib. Bunlar Fabio Borini və Mbaye Diandır. Super Liqada mövsümün sonuna 3 tur qaldığından, onlar qol saylarını artıra bilərlər.

Qeyd edək ki, Ramil Şeydayev mövsümün son turunun ardından “Qarabağ”la yollarını ayırıb.

Son xəbərlər

Orphus sistemi