"Qarabağ"ın futbolçusu Vadjinin komandadan ayrılmasına münasibət bildirib

"Qarabağ"ın futbolçusu Vadjinin komandadan ayrılmasına münasibət bildirib Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Riçard Almeyda seneqallı hücumçu İbrahima Vadjinin Fransanın "Sent-Etyen" klubuna transferinə münasibət bildirib.
Futbol
7 sentyabr 2022 10:10
Qarabağın futbolçusu Vadjinin komandadan ayrılmasına münasibət bildirib

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Riçard Almeyda seneqallı hücumçu İbrahima Vadjinin Fransanın "Sent-Etyen" klubuna transferinə münasibət bildirib.

33 yaşlı yarımmüdafiəçi "Report"a müsahibəsində seneqallı hücumçunun gedişini məyusluqla qarşıladıqlarını açıqlayıb.

"Vadji çox yaxşı futbolçudur. Buradək gəlməyimizdə onun da əməyi var. Vurduğu qollarla komandaya çox köməklik edib. Onun kimi oyunçunun getməsinə üzüldük", - deyə o vurğulayıb.

Bununla yanaşı, Braziliya əsilli oyunçu "Qarabağ"da hazırkı hücum xəttinin potensialından da söz açıb: "Heyətdə Vadjini əvəzləyə biləcək futbolçular var. Onlara inanmalı, komanda yoldaşı olaraq inam verməliyik. Klubumuz heyəti gücləndirmək üçün əlindən gələni edir. İstənilən halda, biz ailə, kollektivik. Kimliyindən asılı olmayaraq, meydana kim çıxacaqsa, kim oynayacaqsa, həmin futbolçulara dəstək verməliyik".

Müsahibənin tam mətni ilə burada tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi