"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibinin oyunu təxirə salınıb
Futbol
- 08 sentyabr, 2017
- 17:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 sentyabr. REPORT.AZ/ İtaliya A Seriyasında III turun "Sampdoriya" - "Roma" matçı təxirə salınıb.
"Report"un "Roma"nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna təbii fəlakət təhlükəsi səbəb olub.
Oyun sentyabrın 9-da Genuya şəhərindəki "Luici Ferraris" stadionunda keçirilməli idi. Lakin sabah şəhərdə çox güclü yağış gözlənilir. Əlverişsiz hava şəraiti ilə əlaqədar qarşılaşmanın başqa vaxt oynanılması qərara alınıb. Görüşün yeni tarixi hələ bilinmir.
"Roma" Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda sentyabrın 27-də Bakıda, dekabrın 5-də isə İtaliya paytaxtında üz-üzə gələcək.
Son xəbərlər
09:01
Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək
Futbol
09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (19.10.2026)
Maliyyə
08:46
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır
Digər ölkələr
08:18
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:13
Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika
07:48
Yaponiyada ABŞ ilə birgə "Keen Sword" təlimləri başlayıb
Digər ölkələr
07:21
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Digər ölkələr
06:53
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Region
06:18
Tədqiqat: Bəzi fabrik məhsulları bağırsaq xərçəngi riskini azalda bilər
Sağlamlıq