İlk xəbər saat 14:10-da yayımlanıb.
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, ölkə çempionu I mərhələdə Albaniyanın "Partizani" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə, "Dandolk" (İrlandiya) / "Riqa" (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
"Qarabağ" "Partizani" səddini keçə bilməsə, Avropa Liqasının II təsnifat mərhələsində "Şerif" (Moldova) / "Saburtalo" (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda, II təsnifat mərhələsinin matçları isə 23-24 və 30-31 iyulda keçiriləcək. Avropa Liqasının II təsnifat mərhələsində isə görüşlər iyunun 25-də və avqustun 1-də olacaq.