"Qarabağ"ın Avropa Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib Valter Matsarini Roberto Mançininin əvəzləyəcəyi bildirilir
Futbol
102
14 Noyabr , 2014 16:17
Qarabağın Avropa Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib

Bakı. 14 noyabr. REPORT.AZ/ İtaliyanın "İnter" futbol klubu baş məşqçi Valter Matsarini istefaya göndərib. "Report"un məlumatına görə, təcrübəli mütəxəssisə xidmətləri və 17 ay ərzində fəaliyyəti ilə əlaqədar klubun rəsmi saytı vasitəsilə minnətdarlıq edilib. 

Komandanı bugünkü məşqə Cüzeppe Barezinin çıxaracağı da vurğulanıb. Lakin yeni baş məşqçinin adı hələlik açıqlanmır. Yerli mətbuat bu vəzifənin Roberto Mançiniyə həvalə olunacağını yazıb. Mançini 2004-2008-ci illərdə də "İnter"ə rəhbərlik edib. Onun son iş yeri Türkiyənin "Qalatasaray" komandası olub. 

Qeyd edək ki, "İnter" Avropa Liqasının qrup mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ"ın (Ağdam) rəqiblərindəndir. İki komanda arasında oktyabrın 2-də "Cüzeppe Meatsa" stadionunda keçirilmiş qarşılaşmada meydan sahibləri qalib gəlib - 2:0. Bakıdakı qarşılaşma dekabrın 11-də olacaq.  

Son xəbərlər

Orphus sistemi