"Qarabağ"ın Avropa Liqasında rəqibi olmuş klub baş məşqçisi ilə yollarını ayırıb
Futbol
- 27 mart, 2019
- 13:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Liqasının cari mövsümündə “Qarabağ”la eyni qrupda yer almış Ukraynanın “Vorskla” klubu baş məşqçi Vasili Saçko ilə yollarını ayırıb.
“Report” Poltava təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2013-cü ildən “Vorskla”ya rəhbərlik edən V.Saçko 3 dəfə komandasını avrokuboka çıxarsa da, cari çempionatda qitə miqyaslı turnirlərə vəsiqə şansı verən ilk “altılığ”a düşə bilməyib. Poltavalılar 22 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, “Vorskla” “Qarabağ”a Bakıda 1:0 hesabı ilə qalib gəlsə də, Poltavada eyni hesabla uduzub. Hər iki komanda E qrupunu 3 xalla 3-4-cü pillələrdə başa vurub.
Son xəbərlər
04:15
Rubio və Rütte Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər
Digər ölkələr
03:50
Tramp yanacağın bahalaşmasına qarşı Koreya müharibəsi dövrünün qanununu tətbiq edib
Digər ölkələr
03:27
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
Formula 1
02:40
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
Xarici siyasət
02:21
KTMT baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
Region
01:40
Avropanın beş lideri Rusiya ilə danışıqlar üçün namizəd göstərilir
Digər ölkələr
01:04
Avropa Liqası: "Ararat" və "Lillestrem" darmadağın edilib
Futbol
00:59
Konfrans Liqası: "Trabzonspor", "Ayaks" və "Monako" qələbə qazanıb
Futbol
00:50
Tibetdə 7 maqnitudalı zəlzələ nəticəsində 16 nəfər ölüb
Digər ölkələr