"Qarabağ"ın afrikalı hücumçu üçün tələb etdiyi təzminat məbləği bəlli olub

"Qarabağ"ın afrikalı hücumçu üçün tələb etdiyi təzminat məbləği bəlli olub "Qarabağ"ın futbolçusu Kvabena Ovusunun Türkiyənin "Sakaryaspor" klubuna keçidi baş tutmayıb.
Futbol
30 İyun , 2022 16:05
Qarabağın afrikalı hücumçu üçün tələb etdiyi təzminat məbləği bəlli olub

"Qarabağ"ın futbolçusu Kvabena Ovusunun Türkiyənin "Sakaryaspor" klubuna keçidi baş tutmayıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, buna "köhlən atlar"ın qanalı hücumçu üçün tələb etdiyi yüksək təzminat məbləği səbəb olub.

Ağdam təmsilçisi 25 yaşlı afrikalı forvardı 300 000 avrodan ucuz satmaq istəmədiyindən, keçid alınmayıb.

Qeyd edək ki, Kvabena Ovusu ötən mövsümü icarə əsasında "Ankaragücü" klubunda keçirib.

Son xəbərlər

Orphus sistemi