"Qarabağ"dan ayrılan futbolçu "hava"da qalıb

"Qarabağ"dan ayrılan futbolçu "hava"da qalıb 2019/2020 mövsümünün sonunda icarə əsasında "Qarabağ"da çıxış edən Almaniyanın "Ştutqart" klubunun futbolçusu Ailton Silva məşqlərə qatılmır.
Futbol
10 Sentyabr , 2020 09:21
Qarabağdan ayrılan futbolçu havada qalıb
Ailton Silva

2019/2020 mövsümündə icarə əsasında "Qarabağ"da çıxış etmiş Almaniyanın "Ştutqart" klubunun futbolçusu Ailton Silva məşqlərə qatılmır. 

"Report" xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin baş məşqçisi Pelleqrino Mataratso yerli mətbuata açıqlamasında bildirib. 43 yaşlı mütəxəssis hazırda çoxlu sayda cinah oyunçusuna sahib olduqlarını söyləyib. O, komandada Ailton Silva üçün yer qalmadığını əlavə edib. 

Qeyd edək ki, "Ştutqart" Ailton Silva ilə vidalaşmaq niyyətindədir. Braziliyalı oyunçu ilə Yunanıstanın "Aris" klubu yaxından maraqlanır. 25 yaşlı oyunçu 2015/2016 mövsümündə "Neftçi"də də çıxış edib. Cinah müdafiəçisinin klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. 

Son xəbərlər

Orphus sistemi