"Qarabağ" Avropa Liqasında mərhələ adlayacağı təqdirdə "Makkabi" ilə qarşılaşacaq
Futbol
- 30 iyul, 2026
- 22:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan təmsilçisi ÇSKA-nı (Sofiya) məğlub edəcəyi təqdirdə növbəti raundda İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşacaq.
"Report" xəbər verir ki, bu, İsrail təmsilçisinin II təsnifat mərhələsinin hər iki oyununda Moldovanın "Şerif" klubunu məğlub etməsindən (5:0, 1:0) sonra dəqiqləşib.
Bununla da "Makkabi" iki oyunun nəticəsinə əsasən (6:0) III təsnifat mərhələsinə yüksəlib və ÇSKA – "Qarabağ" cütünün qalibini gözləyir.
Qeyd edək ki, ÇSKA ilə "Qarabağ" arasında cavab görüşü bu gün, Bakı vaxtı ilə saat 22:00-da Bolqarıstanda keçiriləcək. Tərəflər arasında Bakıda baş tutan ilk qarşılaşmada hesab açılmayıb.
Son xəbərlər
03:36
Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq
Digər ölkələr
03:08
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb
Futbol
02:31
Tramp Braziliyada prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşıb
Digər ölkələr
02:03
Fransa Rumıniyanın müraciəti ilə Qara dəniz üzərində kəşfiyyat uçuşları həyata keçirəcək
Digər ölkələr
01:33
CNN Brasil: Bolsonaru ailəsi ilə birlikdə Braziliyadan qaçaraq ABŞ-yə gedib – Yenilənib
Digər ölkələr
01:16
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
Digər ölkələr
00:38
"Qarabağ" Abbas Hüseynovla yollarını ayırıb
Futbol
00:35
Haitidə daşqın nəticəsində azı 4 nəfər ölüb
Digər ölkələr
00:27
Netanyahu partiyası seçkilərdə liderdir, lakin koalisiya çoxluğu qazana bilmir
Digər ölkələr