"Qarabağ" ardıcıl 6-cı dəfə qrup mərhələsinə vəsiqə qazanıb

"Qarabağ" ardıcıl 6-cı dəfə qrup mərhələsinə vəsiqə qazanıb Qarabağ komandası 5-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Futbol
29 Avqust , 2019 21:58
Qarabağ ardıcıl 6-cı dəfə qrup mərhələsinə vəsiqə qazanıb

"Qarabağ" komandası 5-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi buna pley-off mərhələsində Şimali İrlandiya "Linfild"ini iki oyunun yekununda üstələyərək nail olub. Belfastdakı ilk matçda 2:3 hesabı ilə uduzan Ağdam klubu Bakıdakı cavab görüşündə qələbəyə nail olub - 2:1. Hesabı 6-cı dəqiqədə Xayme Romero açıb. 88-ci dəqiqədə Abdullah Zubir "Qarabağ"ın ikinci qolunu vurub. 

"Linfild" uzatma dəqiqələrində təsəlli qolunu vurub. İki oyunun yekununda topların nisbəti bərabər olsa da, "Qarabağ" səfərdə daha çox qol vurduğu üçün mərhələ adlayıb.

Qeyd edək ki, "Qarabağ" 6-cı dəfə avrokuboklarda qrupa yüksəlib. Bunların birində Azərbaycan klubu Çempionlar Liqasında çıxış edib.

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – “Linfild” (Şimali İrlandiya) - 2:1

Qollar: Xayme Romero, 6. Abdullah Zubir, 88 - Şeyn Laveri, 90+3

Baş hakim: Sergey İvanov

Yan xətt hakimləri: Roman Usaçov və Valeri Dançenko

Dördüncü hakim: Sergey Lapoçkin (hakimlər briqadası Rusiyadandır)

Hakim-inspektor: Alen Hamer (Lüksemburq)

UEFA nümayəndəsi: Marko Simyunoviç (Sloveniya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Son xəbərlər

Orphus sistemi