"Trabzonspor"a görə "Neftçi"yə rəqib olan "Qalatasaray"

"Trabzonspor"a görə "Neftçi"yə rəqib olan "Qalatasaray" UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray" klubu 1905-ci ildə yaranıb.
Futbol
31 Avqust , 2020 16:07
Trabzonspora görə Neftçiyə rəqib olan Qalatasaray

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Türkiyənin "Qalatasaray" klubu 1905-ci ildə yaradılıb. 

"Report"un məlumatına görə, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim, prezidenti isə Mustafa Cengizdir. "Sarı-qırmızılar" ev oyunlarını 52 652 azarkeş tutumuna malik "Türk Telekom Arena"da keçirir. 

İstanbul təmsilçisi Türkiyədə rekord sayda - 22 dəfə çempion, 18 dəfə isə ölkə kubokunun, 16 dəfə Superkubokun qalibi olub. "Qalatasaray" avrokubokda ən böyük uğurunu XXI əsrin əvvəlində yaşayıb. Komanda 1999/2000 mövsümündə UEFA Kubokuna (hazırkı Avropa Liqası), daha sonra isə UEFA Super Kubokuna yiyələnib. 

Komanda 2019/2020 mövsümünü 56 xalla 6-cı pillədə başa vurub. İstanbul təmsilçisi UEFA-nın "Trabzonspor"a avrokuboklarda cəza verməsi səbəbindən Avropa Liqasında iştirak hüququ əldə edib. 

"Neftçi” indiyədək "Qalatasaray”la iki dəfə qarşılaşıb. Hər iki matç yoldaşlıq oyunu olub. 1960-cı ildə Bakıda reallaşan görüşdə flaqman 3:1 hesabı ilə qalib gəlib. 1990-cı ildə Türkiyədə keçirilən oyunda isə heç-heçə qeydə alınıb – 2:2.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1. 

Son xəbərlər

Orphus sistemi