"Qalatasaray" Rumıniya millisinin futbolçusunu transfer edib

"Qalatasaray" Rumıniya millisinin futbolçusunu transfer edib Türkiyənin "Qalatasaray" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
539
24 Avqust , 2021 20:17
Qalatasaray Rumıniya millisinin futbolçusunu transfer edib

Türkiyənin "Qalatasaray" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Rumıniya "Styaua"sının yarımmüdafiəçisi Olimpiu Morutsanı transfer edib.

Bildirilib ki, 22 yaşlı oyunçu ilə tezliklə müqavilə imzalanacaq.

Qeyd edək ki, Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət millisinin formasını geyinən Morutsan daha əvvəl ölkəsində "Universitatya" və "Botoşani" klublarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi