"Qalatasaray"ın sabiq futbolçusu meydanda huşunu itirdi

"Qalatasaray"ın sabiq futbolçusu meydanda huşunu itirdi Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasının futbolçusu Bafetimbi Qomisin oyun vaxtı halı pisləşib.
Futbol
21 Avqust , 2020 10:52
Qalatasarayın sabiq futbolçusu meydanda huşunu itirdi
Bafetimbi Qomis
0 : 00
0 : 00

Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasının futbolçusu Bafetimbi Qomisin oyun vaxtı halı pisləşib. 

"Report"un məlumatına görə, hadisə çempionatın 26-cı turunda səfərdə "Əl-Əhli" ilə matçda baş verib. 35 yaşlı hücumçu 12-ci dəqiqədə huşunu itirib. 

Fransalı forvard həkimlərin müdaxiləsindən sonra qarşılaşmaya davam edib və sonadək meydanda olub. 

Qeyd edək ki, "Əl-Əhli" görüşdə 2:1 hesabı ilə qələbə qazanıb. Bafetimbi Qomis 2017/2018 mövsümündə Türkiyə təmsilçisi "Qalatasaray"da çıxış edib. O, həmin dönəmdə "Kasımpaşa" ilə matçda da eyni aqibətlə üzləşib.

Qomis ilk dəfə 2009-cu ildə Fransa millisinin təlim-məşq toplanışında yerə yıxılıb və həkimlər ona huşunu itirmə diaqnozu qoyub. 

Son xəbərlər

Orphus sistemi