"Qalatasaray"ın prezidenti xəstəxanadan evə buraxıldı

Futbol
  • 15 may, 2020
  • 10:25
Qalatasarayın prezidenti xəstəxanadan evə buraxıldı
Mustafa Cengiz

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz xəstəxanadan evə buraxılıb. 

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, 71 yaşlı funksionerin müalicəsi evində davam etdiriləcək. 

Qeyd edək ki, aprelin 30-da halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Mustafa Cengiz mayın 7-də əməliyyat olunub.