Türkiyənin "Qalatasaray" klubu zədəli qapıçısı Fernando Musleranın son durumu ilə bağlı açıqlama yayıb.
"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı qolkiperin sol dizinin yan bağlarında şiddətli yırtıq, ön çarpaz bağında isə dartılma aşkarlanıb.
Uruqvaylı oyunçunun 5 ay yaşıl meydanlardan kənarda qalacağı və bu mövsüm forma geyinə bilməyəcəyi gözlənilir.
Türkiyə Super Liqasının XVI turunda "Sivasspor"la matçda zədələnən "Qalatasaray"ın qapıçısı Fernando Musleranın durumuna aydınlıq gəlib.
"Report" "Fotomac"a istinadən xəbər verir ki, komanda yoldaşı Kristian Luyindama ilə toqquşan 35 yaşlı qolkiperin ən azı bir ay yaşıl meydanlardan uzaq qalacağı bəlli olub.
Uruqvaylı oyunçu ayağının yan bağlarından xəsarət alıb.
Qeyd edək ki, Fernando Muslera 84-cü dəqiqədə İsmail Çipe ilə əvəzlənib. Qarşılaşma "Qalatasaray"ın minimal hesablı məğlubiyyəti ilə bitib - 0:1.
Profesyonel futbolcumuz Fernando Muslera’nın bugün sponsor hastanelerimizden Medical Park Bahçelievler Hastanesi’nde yapılan tetkiklerinin ardından sol diz iç yan bağlarında ileri derecede yırtık, ön çapraz bağında esneme tespit edilmiştir.