"Qalatasaray" fransalı müdafiəçinin keçidini açıqladı

"Qalatasaray" fransalı müdafiəçinin keçidini açıqladı Türkiyə "Qalatasaray"ı heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
26 İyul , 2021 18:54
Qalatasaray fransalı müdafiəçinin keçidini açıqladı
Saşa Buy

Türkiyə "Qalatasaray"ı heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransa "Renn"indən sağ cinah müdafiəçisi Saşa Buyu transfer edib.

21 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında ölkəsinin "Dijon" klubunda keçirmiş fransalı müdafiəçi 24 oyunda meydana çıxıb. O, Fransanın U-17 və U-18 yığmasının da şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi