​"Qalatasaray" klubunda növbəti istefa gerçəkləşib

Futbol
  • 19 noyabr, 2015
  • 12:38
​Qalatasaray klubunda növbəti istefa gerçəkləşib

Bakı. 19 noyabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunda növbəti istefa gerçəkləşib. "Report"un "NTV Spor"a istinadən verdiyi məlumata görə, klubun İdarə Heyətinin üzvü Tayfun Demir tutduğu vəzifədən gedib.

O, baş məşqçi Hamza Hamzaoğlu ilə yolların ayrılmasından sonra bu addımı atıb. T.Demir klubda mühasib vəzifəsində çalışırdı.