"Qalatasaray" 5 milyon avroluq təklifi rədd etdi

"Qalatasaray" 5 milyon avroluq təklifi rədd etdi "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin "Qalatasaray" klubu futbolçusu Mbaye Dianye üçün gələn təklifləri geri çevirib.
Futbol
9 Sentyabr , 2020 10:24
Qalatasaray 5 milyon avroluq təklifi rədd etdi
Mbaye Dianye 

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin "Qalatasaray" klubu futbolçusu Mbaye Dianye üçün gələn təklifləri geri çevirib. 

"Report" "Takvim"ə istinadən xəbər verir ki, Qətərin iki klubu 29 yaşlı senaqallı hücumçu üçün İstanbul təmsilçisinə 5 milyon avroluq təklif göndərib. 

"Sarı-qırmızılar" hər iki komandaya rədd cavabı verib. Klub rəhbərliyi Dianyeni daha yüksək məbləğə satmaq niyyətindədir. 

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi