PSJ tarixində 11-ci dəfə Fransa çempionu olub

PSJ tarixində 11-ci dəfə Fransa çempionu olub PSJ klubu tarixində 11-ci dəfə Fransa çempionu olub.
Futbol
28 May , 2023 00:49
PSJ tarixində 11-ci dəfə Fransa çempionu olub

PSJ klubu tarixində 11-ci dəfə Fransa çempionu olub.

“Report”un məlumatına görə, Paris təmsilçisi Liqa 1-in XXXVII tur nəticələrindən sonra qızıl medalları təmin edib.

“Strasburq”un qonağı olan Kristof Qaltyenin yetirmələri səfərdən 1:1 hesablı heç-heçə ilə dönüblər. Bununla xallarının sayını 85-ə çatdıran PSJ son tur öncəsi ən yaxın izləyicisi “Lans” (81 xal) üçün əlçatmaz olub.

Beləliklə, PSJ ardıcıl ikinci, ümumilikdə isə 11-ci dəfə Fransa çempionluğunu qazanıb. Adıçəkilən komanda daha əvvəl 1985/1986, 1993/1994, 2012/2013, 2013/2014, 2014/2015, 2015/2016, 2017/2018, 2018/2019, 2019/2020 və 2021/2022 mövsümlərində bu uğuru əldə edib.

Qeyd edək ki, Fransa Liqa 1-də 2022/2023 mövsümünə iyunun 3-də keçiriləcək son turun oyunları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi