PSJ-nin baş məşqçisi koronavirusa yoluxdu

PSJ-nin baş məşqçisi koronavirusa yoluxdu Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Pokettinonun koronavirus testi müsbət nəticə verib.
Futbol
15 Yanvar , 2021 23:17
PSJ-nin baş məşqçisi koronavirusa yoluxdu
Maurisio Pokettinon

Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Pokettinonun koronavirus testi müsbət nəticə verib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, argentinalı mütəxəssis özünü təcrid edib. Qarşıdakı müddətdə kollektivə onun köməkçiləri Xesus Peres və Migel D Aqostino rəhbərlik edəcək.

Yanvarın 16-da PSJ "Anje" ilə Liqa 1 matçında üz-üzə gələcək.

Qeyd edək ki, Maurisio Pokettino PSJ ilə ilk titulunu yanvarın 14-də qazanıb. Paytaxt klubu Fransa Super Kuboku uğrunda görüşdə "Marsel"ə 2:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi