PSJ Neymara görə "Barselona"ya 222 milyon avro ödəməyə hazırdır

PSJ Neymara görə "Barselona"ya 222 milyon avro ödəməyə hazırdır Hücumçunun atası həftə ərzində Fransa klubunun nümayəndələri ilə danışıqlar aparacaq
Futbol
18 İyul , 2017 07:22
PSJ Neymara görə Barselonaya 222 milyon avro ödəməyə hazırdır

Bakı. 18 iyul. REPORT.AZ/ Fransanın "Pari Sen-Jermen" futbol klubu İspaniya "Barselona"sının braziliyalı hücumçusu Neymarı rənglərinə qatmaq niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Marca" nəşri yazıb.

Qeyd olunur ki, 25 yaşlı futbolçunun atası həftə ərzində Fransa klubunun nümayəndələri ilə danışıqlar aparacaq.

Neymarın "Barselona" ilə 2021-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləsinin şərtlərinə görə, futbolçunun dəbbə pulu 222 avro təşkil edir, gələn il isə bu rəqəm 250 milyon avroyadək artacaq.

Son xəbərlər

Orphus sistemi