Premyer Liqa: "Zirə" "Sumqayıt"la heç-heçə edib

Premyer Liqa: "Zirə" "Sumqayıt"la heç-heçə edib Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Futbol
21 Avqust , 2022 22:28
Premyer Liqa: Zirə Sumqayıtla heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

"Report" xəbər verir ki, günün ikinci matçında "Zirə" "Sumqayıt"ı qəbul edib.

"Dalğa Arena"dakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran qəsəbə komandası 5-ci pillədə qərarlaşıb. İlk xalını qazanan "gənclik şəhəri" təmsilçisi 7 - 9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, günün ilk matçında "Qəbələ" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. Turun əvvəlki 2 oyununda "Şamaxı" evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə səfərdə "Sabah"a uduzub - 1:2.

III turun "Turan Tovuz" - "Qarabağ" qarşılaşması "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünə daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi