Premyer Liqa: "Qəbələ" "Zirə"ni məğlub edərək ikinci pilləyə yüksəlib

Premyer Liqa: "Qəbələ" "Zirə"ni məğlub edərək ikinci pilləyə yüksəlib Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.
Futbol
5 Dekabr , 2021 20:10
Premyer Liqa: Qəbələ Zirəni məğlub edərək ikinci pilləyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

"Report"un məlumatına görə, turun və günün sonuncu oyununda "Zirə" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma əyalət təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə ilk qol 32-ci dəqiqədə qeydə alınıb. Urfan Abbasov qonaqları hesabda önə keçirib. 40-cı dəqiqədə Rövlan Muradov cərimə zərbəsindən baxımlı qola imza ataraq "qırmızı-qaralar"ın üstünlüyünü iki topa çatdırıb. 86-cı dəqiqədə "Qəbələ"nin futbolçusu Omar Hanı ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Paytaxt klubunun gürcüstanlı legioneri Davit Volkov 45+4-cü dəqiqədə fərqi azaltmağa müvəffəq olub.

Bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran "Qəbələ" ikinci pilləyə yüksəlib. "Zirə" 22 xalla üçüncü sıradadır.

Qeyd edək ki, günün digər matçında "Neftçi" "Sumqayıt"la qolsuz bərabərə qalıb. İlk oyun günündə "Keşlə" evdə "Səbail"lə 2:2 hesablı heç-heçəyə razılaşıb. "Qarabağ" isə "Sabah"ı darmadağın edib - 5:1.

Son xəbərlər

Orphus sistemi