Premyer Liqa: "Qarabağ" lider "Neftçi" ilə xallarını bərabərləşdirib - VİDEO
Futbol
- 14 sentyabr, 2018
- 17:51
Bakı. 14 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.
"Report" xəbər verir ki, Millətlər Liqası ilə əlaqədar ölkə çempionatında yaranmış fasilədən sonra keçirilən açılış matçında "Qarabağ" "Sumqayıt"ı qonaq edib.
"Azərsun Arena"da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisi 21-ci dəqiqədə Filip Ozobiçin penaltidən vurduğu qolla qalib gəlib.
Bu qələbədən sonra xallarının sayını 7-yə çatdıran "Qarabağ" lider "Neftçi"yə şərik olub. Hesabında 4 xalı olan "Sumqayıt" isə 5-ci pilləyə enib.
Turun qalan oyunları həftəsonu keçiriləcək. Sentyabrın 15-də "Səbail" "Zirə"ni qəbul edəcək. Ertəsi gün isə "Sabah" - "Qəbələ" və "Neftçi" - "Keşlə" görüşləri olacaq.
Premyer Liqa: "Qarabağ" lider "Neftçi" ilə xallarını bərabərləşdirib - VİDEO
Son xəbərlər
10:40
İlham Əliyev: Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur
Xarici siyasət10:36
FAKTİKİ HAVA: Güclü külək əsib, yağış yağıb
Ekologiya10:27
"Bavariya" "Qalatasaray"ın futbolçusu ilə maraqlanır
Futbol10:19
"Mehr": İranın qərbində toz fırtınası hava keyfiyyətini "təhlükəli" səviyyəyə çatdırıb
Region10:02
Prezidentin sosial media hesablarında Münxen Təhlükəsizlik Konfransında keçirdiyi görüşlərlə bağlı paylaşım edilib
Xarici siyasət10:02
Foto
XXV Qış Olimpiya Oyunları: Norveç medal sıralamasında liderdir
Komanda09:45
Yaponiyada gənc oğlan üç nəfəri bıçaqlayıb, onlardan biri ölüb
Digər ölkələr09:44
Azərbaycan çempionatı: 1/4 final mərhələsi başlayıb, Şəhriyar Məmmədyarov qələbə qazanıb
Fərdi09:30