Premyer Liqa: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

Premyer Liqa: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq "Qarabağ" Misli Premyer Liqasının XXI turunda bu gün "Zirə" ilə qarşılaşacaq.
Futbol
2 Fevral , 2025 09:17
Premyer Liqa: Qarabağ bu gün Zirə ilə qarşılaşacaq

"Qarabağ" Misli Premyer Liqasının XXI turunda bu gün "Zirə" ilə qarşılaşacaq.

"Report" xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmadan sonra tura yekun vurulacaq.

Matç saat 19:00-da start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 50 xalla turnir cədvəlinə başçılıq edir. 36 xalı olan "Zirə" üçüncüdür.

Misli Premyer Liqası

III dövrə, XXI tur

2 fevral

19:00. “Zirə” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev.

VAR: Rauf Cabbarov.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Səbail"lə (1:1), "Sumqayıt" isə "Araz-Naxçıvan"la (0:0) heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi