Portuqaliya yığmasının futbolçusu: "Azərbaycanda keçirdiyim günləri unutmayacağam"

Portuqaliya yığmasının futbolçusu: "Azərbaycanda keçirdiyim günləri unutmayacağam" "Həmin çempionluq həyatımda yaşadığım ən gözəl hadisədir"
Futbol
3 Fevral , 2017 13:14
Portuqaliya yığmasının futbolçusu: Azərbaycanda keçirdiyim günləri unutmayacağam

Bakı. 3 fevral. REPORT.AZ/ "Azərbaycanda keçirdiyim günləri unutmayacağam". 

"Report"un məlumatına görə, bu sözləri 2016-cı ildə Bakıda 17 yaşadək futbolçular arasında keçirilmiş Avropa çempionatının qalibi olan Portuqaliya millsinin üzvü Ruben Vinagre deyib.

Portuqaliyanın "Sportinq" klubunun yetirməsi olan 17 yaşlı sol cinah müdafiəçisi Avropa çempionatında qazandığı qızıl medalın onun üçün ən dəyərli mükafat olduğunu bildirib: "Hətta indi də Avropa çempionatı ilə bağlı video və fotolara baxanda sevincimdən gözlərim yaşarır. Bu, izah olunmaz hisdir. Həmin çempionluq həyatımda yaşadığım ən gözəl hadisədir".

Qeyd edək ki, Ruben Vinagre hazırda Fransanın "Monako" klubunun üzvüdür.

Son xəbərlər

Orphus sistemi