"Portu"nun azarkeşləri baş məşqçini təhqir edib, avtomobilini zədələyib
Futbol
- 12 noyabr, 2024
- 10:37
Portuqaliyanın "Portu" klubunun azarkeşləri baş məşqçi Vitor Brununu təhqir edib, avtomobilini isə zədələyiblər.
"Report" "Record.pt"yə istinadən xəbər verir ki, xoşagəlməz hadisə komandanın təlim-məşq bazasında baş verib.
Buna Portuqaliya çempionatının XI turunda "Portu"nun "Benfika"ya 1:4 hesablı məğlubiyyəti səbəb olub. 100-ə yaxın azarkeş bazada onun avtomobilini təpiklə zədələməklə yanaşı, çoxsaylı təhqirlərə məruz qoyublar.
Yalnız təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra mütəxəssisin idarə etdiyi avtomobilin daha ciddi zədə almadan ərazini tərk etməsinə şərait yaradılıb.
Qeyd edək ki, "Portu" hazırda turnir cədvəlində 27 xalla ikinci pillədə qərarlaşıb. 25 xala malik "Benfika" isə üçüncüdür.
Son xəbərlər
08:50
Çexiyadakı sonuncu kömür mədəni bu ayın sonunda bağlanacaq
Energetika08:32
Nvidia "H200" çip komponentləri təchizatçıları istehsalı dayandırıblar
İKT08:19
Litva Rusiyanı öz ərazisində iki yanğının törədilməsində ittiham edib
Digər ölkələr08:06
Venesuelanın müdafiə naziri Maduronun ələ keçirilməsi zamanı 83 nəfərin öldürüldüyünü bildirib
Digər ölkələr07:45
Luis Enrike yayda "Real Madrid"ə rəhbərlik edə bilər
İdman07:14
Berliner Zeitung: Fransanın NATO-dan çıxmaq üçün real imkanı var
Digər ölkələr06:35
Petr Pavel: Ukrayna ağrılı güzəştlərə hazırdır
Digər ölkələr06:09
Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb
Digər ölkələr05:54