"Rüsvayçılıqdır. Hər zaman məğlub ola bilərsən, amma göstərə biləcəyin oyunun olmalıdır. "Qarabağ"ın matçdakı hökmranlığı qorxunc idi".
"Report" xəbər verir ki, bu fikirləri Polşa millisinin sabiq futbolçusu Silvestr Çereşevski "SportoweFakty" nəşrinə açıqlamasında "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Legiya"nı 3:0 hesabı ilə məğlub etdiyi matç barədə danışarkən deyib.
48 yaşlı keçmiş oyunçu "Qarabağ" görüş ərzində üstün olduğunu söyləyib. Çereşevskinin sözlərinə görə, "Legiya"nın qapıçısı Artur Boruts komandanı daha rüsvayçı məğlubiyyətdən xilas edib: "Boruts olmasaydı, bəlkə də 5 qol olardı".
Qeyd edək ki, saat 15:00-da "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olacaq.