Polşa millisi baş məşqçisi ilə müqavilə müddətini uzatdı

Futbol
  • 18 may, 2020
  • 13:02
Polşa millisi baş məşqçisi ilə müqavilə müddətini uzatdı
Yeji Bjençek

Polşa Futbol İttifaqı millinin baş məşqçisi Yeji Bjençeklə müqavilənin müddətini uzadıb. 

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2021-ci ilin sonunadək nəzərdə tutulub. 49 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində də komandaya rəhbərlik edəcək. 

Polşa DÇ-2022-yə vəsiqə qazansa, Bjençekin müqaviləsi daha bir il uzanacaq. Bununla belə, polşalı baş məşqçinin sözləşməsinin 2021-ci ilin avqustunda ləğv olunma maddəsi də sənəddə əksini tapıb. 

Qeyd edək ki, Yeji Bjençek Polşa yığmasında 2018-ci ilin iyulundan işləyir. Polşa 2021-ci ildə keçiriləcək AVRO-2020-də çıxış edəcək. 

Son xəbərlər

Bütün Xəbər Lenti