Bakı. 23 oktyabr. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Pyer Emerik Obameyanq "Qəbələ" ilə Avropa Liqasının III tur matçında 3 qol vurduğu topu özü ilə aparıb. "Report"un məlumatına görə, qabonlu hücumçu həmin topla görüntüsünü "twitter" hesabından paylaşıb.
O, fotonun altında "Mənim suvenirim" yazıb.
Qeyd edək ki, "Bakcell Arena"da keçirilmiş oyun "Borussiya"nın qələbəsi ilə yekunlaşıb - 3:1.