PFL "Qarabağ"ın ev oyununun stadionunu dəyişdirib - YENİLƏNİB

PFL "Qarabağ"ın ev oyununun stadionunu dəyişdirib - YENİLƏNİB Səbəb kimi "Azərsun Arena"nın işıqlandırma sistemində yaranan problem göstərilib
Futbol
1 Noyabr , 2018 14:08
PFL Qarabağın ev oyununun stadionunu dəyişdirib - YENİLƏNİB

Bakı. 1 noyabr. REPORT.AZ/ Peşəkar Futbol Liqası (PFL) "Qarabağ" klubunun müraciətini cavablandırıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, PFL mövcud vəziyyəti araşdırdıqdan sonra əsas komandanın "Sumqayıt"ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməsi xahişini müsbət qarşılayıb. Görüş noyabrın 3-də saat 19:00-da başlanacaq. 

I Divizionda IX turun "Qarabağ-2" - MOİK qarşılaşması isə mərkəzi arenadan "Azərsun Arena"ya keçirilib. Oyunun başlama tarixi də dəyişdirilib və 2 noyabra deyil, 3 noyabra salınıb. 


*** 13:44

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasının X turunda "Sumqayıt"la keçirəcəyi ev oyununun stadionun dəyişdirilməsi xahişi ilə Peşəkar Futbol Liqasına müraciət edib. 

Klubdan "Report"a verilən məlumata görə, Ağdam təmsilçisi həmin qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılmasını istəyib. Rəsmi qaydada ünvanlanmış məktubda səbəb kimi komandanın ev oyunlarını keçirdiyi "Azərsun Arena"nın işıqlandırma sistemində yaranan problem göstərilib. 

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək "Qarabağ" - "Sumqayıt" matçı saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi