Pele xəstəxanadan evə buraxılıb

Pele xəstəxanadan evə buraxılıb Braziliyalı əfsanəvi futbolçu Pele bir neçə gün əvvəl yerləşdirildiyi xəstəxanadan evə buraxılıb.
Futbol
9 Aprel , 2019 06:47
Pele xəstəxanadan evə buraxılıb

Braziliyalı əfsanəvi futbolçu Pele bir neçə gün əvvəl yerləşdirildiyi xəstəxanadan evə buraxılıb.

"Report"un "Globo"ya istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl Peledə yoluxucu xəstəliyin ağırlaşması qeydə alınıb. Dünya futbolunun 79 yaşlı əfsanəsinin yalnız bir böyrəyinin olması da narahatlığa səbəb olub. O, xəstəxanada müalicəsini başa vurub.

Futbolçu bildirib ki, xəstəxanadan sonra evə yola düşəcək. Lakin o, tezliklə yenidən Fransanın paytaxtı Parisə qayıda biləcəyinə ümid edir.

Qeyd edək ki, Pele bir neçə gün əvvəl Fransanın paytaxtında xəstəxanaya yerləşdirilib. O, PSJ-nin oyunçusu Kilian Mbappe ilə görüşdükdən sonra oteldən xəstəxanaya aparılıb.

Son xəbərlər

Orphus sistemi