Oyun zamanı futbolçunun ürəyi dayanıb

Oyun zamanı futbolçunun ürəyi dayanıb Qreqori Mertens qəfildən yerə yıxılıb
Futbol
28 Aprel , 2015 17:20
Oyun zamanı futbolçunun ürəyi dayanıb

Bakı. 28 aprel. REPORT.AZ/ Belçikanın "Lokeren" komandasının futbolçusu Qreqori Mertensin matç zamanı ürəyi dayanıb. 

"Report"un məlumatına görə, Mertens əvəzedici heyətlərin çempionatında, "Genk"lə qarşılaşmanın 25-ci dəqiqəsində qəflətən yerə yıxılıb.

O, meydandaca komanda həkimləri tərəfindən ilkin tibbi yardım alıb. Daha sonra futbolçu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hadisədən sonra qarşılaşma yarımçıq dayandırılıb. Futbolçunun vəziyyətinin ciddi olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi