Dünyanın yüksək liqalarında ən yaşlı oyunçu bəlli olub

Dünyanın yüksək liqalarında ən yaşlı oyunçu bəlli olub 2021-ci ildə yüksək liqalarda çıxış edən dünyanın ən yaşlı oyunçusu bəlli olub.
Futbol
10 Yanvar , 2022 09:00
Dünyanın yüksək liqalarında ən yaşlı oyunçu bəlli olub
Məhəmməd Abdel Monsef

2021-ci ildə dünyanın yüksək liqalarında çıxış etmiş ən yaşlı oyunçu bəlli olub.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misirin “Əl İttihad” klubunun qapıçısı Məhəmməd Abdel Monsefdir.

Fevralın 6-da 45 yaşı tamamlanacaq qolkiper son olaraq dekabrın 24-də "Əl Masri"ni 1:0 hesabı ilə məğlub etdikləri görüşdə meydanda olub.

Qeyd edək ki, Məhəmməd Abdel Monsef 2002 - 2008-ci illərdə Misir yığmasının da formasını geyinib.

Son xəbərlər

Orphus sistemi