Olimpiadanın keçiriləcəyi ölkədə futbol matçları ləğv edildi

Futbol
  • 25 fevral, 2020
  • 05:20
Olimpiadanın keçiriləcəyi ölkədə futbol matçları ləğv edildi
google.az

Yaponiyanın əsas futbol çempionatının rəhbərliyi fevralın 26-na planlaşdırılan 7 matçın ləğv edilməsinə qərar verib.

"Report" TASS-a istinadən xəbər verir ki, səbəb kimi koronavirus epidemiyası göstərilib. Hazırda J1 Liqasısının rəhbərliyi martın ortalarına qədər bütün futbol matçlarının ləğvi imkanını nəzərdən keçirir.

Qeyd edək ki, Yaponiyada 850-dən çox insan koronavirusa yoluxub. 4 nəfər isə dünyasını dəyişib. 24 iyul - 9 avqustda Yaponiyanın paytaxtı Tokioda XXXII Yay Olimpiya Oyunları keçiriləcək. 

44 - Tezliklə