Bakı. 12 oktyabr. REPORT.AZ/ Yunanıstanın Xalkidiki şəhərində şahmat üzrə klublar arasında Avropa çempionatı start götürüb.
"Report" xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət "Odlar Yurdu" komandası ilk görüşündə Finlandiyanın "Komeon" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma "Odlar Yurdu" kollektivinin böyük hesablı qələbəsi ilə başa çatıb.
"Odlar Yurdu" - "Komeon" (Finlandiya) - 6:0
Şəhriyar Məmmədyarov - Tapani Sammalvyo - 1:0
Rauf Məmmədov - Timo Lampen - 1:0
Eltac Səfərli - Harri Mansner - 1:0
Qədir Hüsyenov - Tommi Verkasalo - 1:0
Vasif Durarbəyli - Santul Kosmo - 1:0
Nicat Abasov - Kauko Kelo - 1:0.
Qeyd edək ki, turnirdə, ümumilikdə, 73 klub yarışır. Onlardan 61-i kişilərin qrupunda, 12-si isə qadınların yarışında mübarizə aparır. Hər iki yarışda Azərbaycanı "Odlar Yurdu” komandaları təmsil edir.