"Nitsa"nın hücumçusunun evi soyulub və avtomobili oğurlanıb
Futbol
- 13 sentyabr, 2020
- 02:10
Fransanın "Nitsa" futbol klubu və Danimarka yığmasının futbolçusu Dolberq Kasperin “Porsche” markalı avtomobili oğurlanıb və evi soyulub.
"Report"un “L'Equipe" nəşrinə istinadən məlumatına görə, oğurluq 22 yaşlı hücumçu milli komandanın düşərgəsində olduğu vaxt baş verib.
Futbolçunun avtomobili Nitsa aeroportuna yerləşdirilib. Oğrular onun evinə maşında qoyub getdiyi cihazın sayəsində girməyi bacarıblar. Cinayətkarlar 2 min avro və bir neçə mobil telefon oğurlayıblar. Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Kasper Dolberqin 2019-cu ildə 70 min avroluq saatı oğurlanıb. Sonradan onun komanda yoldaşlarından biri oğurluq etdiyini boynuna alıb. Dolberq ötən mövsüm "Nitsa"nın heyətində 29 oyuna 12 qol vurub.
Son xəbərlər
15:24
Azərbaycan və İsveçrə XİN-ləri siyasi məsləhətləşmələrin növbəti raundunu keçirib - YENİLƏNİB
Xarici siyasət15:23
Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq
Digər ölkələr15:19
AYNA: "Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir
İnfrastruktur15:16
Türkiyədə daha bir məktəbə silahlı hücum olub, 6 nəfər yaralanıb, ölən var - YENİLƏNİB
Region15:13
Tramp: Neftin qiymətləri noyabra qədər sabitləşə bilər
Digər ölkələr15:11
"Beşiktaş"ın futbolçusu Kartal Kayra Yılmaz əməliyyat olunub
Futbol15:10
Azərbaycan ötən il Çexiyanın əsas neft tədarükçüsü olub
Energetika15:09
Azərbaycanda kripto və NFT poçt markaları dövriyyəyə buraxıla bilər
İKT15:07