Bakı. 25 mart. REPORT.AZ/ Nigeriya və Burkina-Faso yığmaları arasında yoldaşlıq oyunu 7 futbolçunun matçın keçirilməli olduğu Böyük Britaniyaya giriş üçün viza ala bilməməsi səbəbindən təxirə salınıb.
“Report” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Vizanı Burkina-Fasonun 7 futbolçusu ala bilməyib.
Nigeriya-Burkina-Faso matçı martın 27-də Londonda keçirilməli idi.