Niderland millisinin baş məşqçisi: Aqressiv deyildik və rəqibə təzyiq yox idi

Niderland millisinin baş məşqçisi: Aqressiv deyildik və rəqibə təzyiq yox idi Bir çox aspektlərdə çox pis başladıq. Aqressiv deyildik və rəqibə təzyiq yox idi.
Futbol
26 İyun , 2024 00:16
Niderland millisinin baş məşqçisi: Aqressiv deyildik və rəqibə təzyiq yox idi

Bir çox aspektlərdə çox pis başladıq. Aqressiv deyildik və rəqibə təzyiq yox idi.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunda Avstriyaya qarşı keçirdikləri oyunda sonra mətbuat konfransında deyib.

Mütəxəssis fürsətlərdən istifadə edə bilmədiklərini söyləyib: "Matça nəzarət etmirdik. Sonradan bir qədər yaxşı oynadıq və fürsətlərimiz oldu. Lakin bizi cəzalandırdılar. Meydanda məsuliyyəti üzərimizə götürməliyik”.

Qeyd edək ki, Niderland - Avstriya matçı ikincilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Niderland ən yaxşı qrup üçüncüsü kimi pley-offda iştirak etmək hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi