Niderland Kubokunun qalibi məlum oldu

Niderland Kubokunun qalibi məlum oldu Rotterdamdakı "De Kuyp" stadionunda "Ayaks" və "Vitess" komandaları arasında Niderland Kubokunun final oyunu keçirilib.
Futbol
18 Aprel , 2021 22:47
Niderland Kubokunun qalibi məlum oldu

Rotterdamdakı "De Kuyp" stadionunda "Ayaks" və "Vitess" komandaları arasında Niderland Kubokunun final oyunu keçirilib.

"Report"un məlumatına görə, qarşılaşma Amsterdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 23-cü dəqiqədə "Ayaks"ın yarımmüdafiəçisi Rayan Qravenberx açıb. Bundan 8 dəqiqə sonra "Vitess"in hücumçusu Lua Openda bərabərlik qolunu vurub. 85-ci dəqiqədə onun komanda yoldaşı Yakob Rasmussen qırmızı vərəqə alıb.

"Ayaks" say üstünlüyündən 90+1-ci dəqiqədə yararlanıb. David Neres fərqlənərək, komandasına 20-ci dəfə Niderland Kubokunu qazandırıb.

Son xəbərlər

Orphus sistemi