Niderland çempionatında azarkeşlərin iştirakı ləğv edildi

Niderland çempionatında azarkeşlərin iştirakı ləğv edildi Futbol üzrə Niderland çempionatında azarkeşlərin matçlara qatılması qadağan olunub.
Futbol
28 Sentyabr , 2020 18:18
Niderland çempionatında azarkeşlərin iştirakı ləğv edildi

Futbol üzrə Niderland çempionatında azarkeşlərin matçlara qatılması qadağan olunub. 

"Report" "Dutch Football" nəşrinə istinadən xəbər verir ki, qərar hökumət tərəfindən qəbul edilib. Buna karantin məhdudiyyətləri səbəb olub. 

Daha əvvəl fanatların matçlarda iştiraklarına icazə verilsə də, azarkeşlərin şüarlar səsləndirməsi qadağan idi. 

Qeyd edək ki, Erediviziyada 3 turdan sonra "Ayaks" və "Herenven" 9 xalla liderdir. 

Son xəbərlər

Orphus sistemi