NFL-in keşmiş oyunçusu Parkinson xəstəliyinə tutulub

NFL-in keşmiş oyunçusu Parkinson xəstəliyinə tutulub NFL-in keşmiş oyunçusu Brett Favre, Parkinson xəstəliyinə tutulub.
Futbol
25 Sentyabr , 2024 18:04
NFL-in keşmiş oyunçusu Parkinson xəstəliyinə tutulub

ABŞ-nin Milli Futbol Liqasının (NFL) keşmiş oyunçusu Brett Farv Parkinson xəstəliyinə tutulub.

“Report”un “BBC Sport”a istinadən məlumatına görə, 54 yaşlı mütəxəssis bu barədə özü açıqlama verib.

Sonuncu dəfə “Minnesota Vikinqs”də çıxış etdikdən sonra 2011-ci ildə karyerasını bitirən B.Farv 2013-cü ildən yaddaş itkisindən əziyyət çəkdiyini və bunu karyerası zamanı başından aldığı zədələrin təsiri ilə əlaqələndirdiyini söyləyib.

Qeyd edək ki, sabiq futbolçu 20 illik karyerasının böyük hissəsini “Qrin Bay Pekers”də keçirib və 1995-ci ildən 1997-ci ilə qədər ardıcıl üç mövsüm NFL-in ən dəyərli oyunçusu seçilib. O, ardıcıl üç dəfə bunu bacaran yeganə oyunçudur.

Son xəbərlər

Orphus sistemi