Neymara 7 oyunluq cəza verilə bilər

Neymara 7 oyunluq cəza verilə bilər Fransanın PSJ klubunun futbolçusu Neymar 7 oyunluq cəza ilə üzləşə bilər.
Futbol
844
14 Sentyabr , 2020 16:54
Neymara 7 oyunluq cəza verilə bilər
Neymar

Fransanın PSJ klubunun futbolçusu Neymar 7 oyunluq cəza ilə üzləşə bilər. 

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, səbəb 28 yaşlı hücumçunun Liqa1-in II turunda evdə "Marsel"lə matçda rəqib oyunçu Alvaro Qonsalesi vurmasıdır. 

Braziliyalı forvard 4 - 7 oyunluq cəza ilə üzləşəcək. 

Qeyd edək ki, qarşılaşma "Marsel"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Neymardan başqa, 4 oyunçu da qırmızı vərəqə ilə cəzalandırılıb.

Son xəbərlər

Orphus sistemi