"Neftçi" "Zirə"ni məğlub edib

"Neftçi" "Zirə"ni məğlub edib Bakı. 22 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda daha bir qarşılaşma keçirilib.
Futbol
22 Sentyabr , 2018 23:33
Neftçi Zirəni məğlub edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda daha bir qarşılaşma keçirilib.

“Report” xəbər verir ki, turun ikinci matçında “Zirə” və “Neftçi” komandaları üz-üzə gəlib.

“Dalğa Arena”da baş tutan görüş “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ilk qolu Mirabdulla Abbasov 6-cı dəqiqədə vurub. Meydan sahiblərinin heyətində isə Dilan Dvunetru 33-cü dəqiqədə tarazlığı bərpa edib. 52-ci dəqiqədə Qoran Paratski komandasına qələbə qazandıran qola imza atıb.

Birinci hissənin sonlarında hər iki komandanın baş məşqçiləri Roberto Bordin və Samir Abasov bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərinə görə meydandan qovulublar.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Netçi” liderliyini davam etdirib. “Zirə” isə bir xalda qalıb.

V turun ilk matçı “Səbail” və “Sabah” komandalarının qolsuz heç-heçəsi ilə başa çatıb. Tura sabah keçiriləcək “Keşlə” – “Sumqayıt” və “Qarabağ” – “Qəbələ” matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, V tur

20:30. "Zirə” – "Neftçi” - 1:2

Qol: Dilan Dvunetru, 33 - Mirabdulla Abbasov, 6. Qoran Paratski, 52

Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Akif Əmirəli, Ömər Paşayev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Şaiq Həmidov

"Dalğa Arena”

Son xəbərlər

Orphus sistemi