Premyer Liqa: "Neftçi" "Şamaxı"nı məğlub edib
Futbol
- 07 aprel, 2025
- 17:25
"Neftçi" Misli Premyer Liqasının XXIX turunda "Şamaxı"nı məğlub edib.
"Report"un məlumatına görə, Şamaxı şəhər stadionunda gerçəkləşən qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk qolu 42-ci dəqiqədə penaltidən Ramil Şeydayev vurub. 89-cu dəqiqədə isə Filip Ozobiç fərqi iki topa çatdırıb.
Xallarının sayını 35-ə çatdıran "ağ-qaralar" altıncı pillədə qərarlaşıb. Meydan sahibləri 28 xalla səkkizincidir.
Tura bu gün, saat 18:00-da başlanacaq "Araz-Naxçıvan" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesabı ilə üstələyib. "Səbail" - "Turan Tovuz" matçında hesab açılmayıb.
Son xəbərlər
12:18
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
Ekologiya12:17
Rusiyada əlverişsiz hava səbəbindən bir nəfər ölüb, 13 nəfər yaralanıb
Region12:01
CNN: Vens və Keyn ABŞ ilə İran arasında vəziyyətin gərginləşməsindən narahatdırlar
Digər ölkələr11:48
Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət11:23
İspaniyada yanğınlara görə 116 mindən çox şəxs təxliyə edilib
Digər ölkələr11:11
İlham Əliyev: Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir
Xarici siyasət11:01
Pərvin Piriyev: "Güləş Azərbaycan üçün təkcə idman növü deyil, həm də milli kimliyimizin bir parçasıdır"
Fərdi10:52
Rusiyanın Xerson vilayətini atəşə tutması nəticəsində iki nəfər həlak olub, 24 nəfər xəsarət alıb
Digər ölkələr10:46