"Qalatasaray" "Neftçi"ni avrokuboklardan kənarlaşdırdı

"Qalatasaray" "Neftçi"ni avrokuboklardan kənarlaşdırdı UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" - "Qalatasaray"a məğlub olub
Futbol
17 Sentyabr , 2020 21:50
Qalatasaray Neftçini avrokuboklardan kənarlaşdırdı

"Neftçi" klubu UEFA Avropa Liqasında II təsnifat mərhələsinin oyununa çıxıb. 

"Report"un məlumatına görə, Füzuli Məmmədovun baş məşqçi olduğu komanda Türkiyə "Qalatasaray"ını qəbul edib. 

Görüşdə ilk real qol vəziyyəti 13-cü dəqiqədə yaradılıb. Qapıçı Aqil Məmmədov komandasını real qoldan xilas edib. Qonaqlar 2 dəqiqə sonra yenidən təhlükə yaradıb. Rayan Babelin cərimə zərbəsindən vurduğu qüvvətli zərbəni qolkiper dəf edib. "Qalatasaray" 19-cu dəqiqədə Mbaye Diaqnenin başla dəqiq zərbəsindən sonra hesabı açıb.

"Neftçi" ilk təhlükəli vəziyyəti 37-ci dəqiqədə gerçəkləşdirib. Paytaxt klubunun yeni transferi Prins İbaranın zərbəsi qapının üstündən keçib. 6 dəqiqə sonra isə Yusuf Laval cərimə meydançasının içərisində dəqiq oynaya bilməyib. Birinci hissə "sarı-qırmızılar"ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissənin ilk dəqiqəsində flaqman hesabı bərabərləşdirib. 46-cı dəqiqədə künc zərbəsindən sonra Mamadu Mboc başla fərqlənib. "Neftçi"nin sevinci cəmi 2 dəqiqə çəkib. 48-ci dəqiqədə Kristian Luyindama "korner"dən sonra komandasını yenidən önə keçirib.

57-ci dəqiqədə Emre Kılıçın fərqlənməsinə Aqil Məmmədov mane olub. 63-cü dəqiqədə isə Mbaye Diaqne "Neftçi"nin müdafiəsindəki səhvdən sonra özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

Beləliklə, İstanbul klubu 7 ildən sonra avrokuboklarda səfər matçında qələbə qazanıb. Bu, "sarı-qırmızılar"ın beynəlxalq arenada 100-cü qələbəsidir. "Qalatasaray" avrokuboklardakı son qələbəsini isə 2018/2019 mövsümündə Rusiya "Lokomotiv"i üzərində qazanmışdı - 2:1.

Bununla da "Neftçi" avrokuboklarda mübarizəni dayandırıb. "Qalatasaray" isə III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələəcək.

21:20

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda dördüncü qol vurulub.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi fərqi artırıb - 3:1. 

63-cü dəqiqədə Mbaye Diaqne görüşdə özünün ikinci qoluna imza atıb.
 

21:05

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda üçüncü qol vurulub.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi yenidən önə keçib. 

48-ci dəqiqədə Kristian Luyindama topu qapıdan keçirib.
 

21:03
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada "Neftçi" hesabı bərabərləşdirib - 1:1.

46-cı dəqiqədə Mamadu Mboc fərqlənib.
21:00

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi öndədir - 1:0.

Hələ ki, yeganə qolu 19-cu dəqiqədə Mbaye Diaqne vurub.

20:45

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada fasiləyə İstanbul təmsilçisi öndə yollanıb - 1:0. Mbaye Diaqne 19-cu dəqiqədə başla dəqiq oynayıb.

20:20

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada ilk qolu 19-cu dəqiqədə İstanbul təmsilçisi vurub. Mbaye Diaqne başla topu qapıdan keçirib.

20:00

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyunu start götürüb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.

Qeyd edək ki, bu cütün qalibi növbəti raundda Şimali Makedoniya "Renova"sını 1:0 hesabı ilə məğlub edən Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi