"Neftçi"nin müdafiəçisi: "Qışda komandanı dəyişmək barədə düşünmürəm"

"Neftçi"nin müdafiəçisi: "Qışda komandanı dəyişmək barədə düşünmürəm" Bakı. 6 oktyabr. REPORT.AZ/ Neftçinin futbolçusu Slavko Braliç evdə Sabah komandasına 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra brifinq keçirib.
Futbol
6 Oktyabr , 2018 09:30
Neftçinin müdafiəçisi: Qışda komandanı dəyişmək barədə düşünmürəm

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Neftçi"nin futbolçusu Slavko Braliç evdə "Sabah" komandasına 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra brifinq keçirib.

"Report" xəbər verir ki, xorvatiyalı müdafiəçi qırmızı vərəqəyə səbəb olan epizodlardan da danışıb...

- Oyun haqqında fikirlərin necədir?

- Bu gün biz öz oyunumuzu və gücümüzü göstərdik. Layiq olduğumuz 3 xalı qazandıq və istəyimizə nail olduq.

- Komandadakı sabitliyi qorumaq üçün nə lazımdır?

- Lider qismində qalmaq istəyiriksə, təkcə "Qarabağ"ı yox, bütün rəqibləri düşünməliyik. Hər bir oyunu düşünüb matçlara ciddi hazırlaşmalıyıq.

- Bu gün iki sadə epizodda sarı vərəqə aldın. Bu, oyun praktikasının az olması ilə bağlıdır, yoxsa...?

- Düşünürəm ki, ikinci epizodda sarı vərəqəlik heç nə yox idi. Amma əlbəttə, daha çox oyun vaxtı əldə etmək istəyirəm.

- Komandada yetərincə müdafiəçi var. Qışda komandanı tərk etməyi düşünürsünüzmü?

- Qışda komandanı dəyişmək haqqında düşünmürım. Çalışıram ki, hər məşqdə daha yaxşı iştirak edib baş məşqçinin rəğbətini qazanım və komandadakı yerimi möhkəmləndirim.

Son xəbərlər

Orphus sistemi